DSK-ya yeni sədr təyin edildi
Qəhrəman Cəbrayılov 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyasının (DSK) sədri təyin edilib.
Redaktor.az xəbər verir ki, o, bu təyinatadək adıçəkilən komissiyanın üzvü olub.
Qeyd edək ki, Cəbrayılov Qəhrəman Bahadur oğlu 1982-ci ildə Salyan şəhərində anadan olub. O, 16 il DSK-da təmsil olunub.
Xatırladaq ki, bundan öncə 65 saylı DSK-nın sədri Kərimov Səlamət Musa oğlu idi (report).