Rövnəq Abdullayev halallıq İSTƏDİ

 12:19 02.04.2024     638

"Artıq futbola azarkeşlik edə bilərəm".

Redaktor.az xəbər verir ki, bu sözləri AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev deyib.

Funksioner 20 ildir Azərbaycan futbolunda çalışdığını bildirib: "Bu illər ərzində Ermənistan təmsilçisi "Pünik"ə qarşı tarixi qələbəmizi çox yaxşı xatırlayıram. 2006-cı ildə isə Ermənistan çempionu bizimlə oynamaqdan qaçdı. Bunlar xoş məqamlardır. Təbii ki, məyusedici hisslər də var. Futbola dəstəyinə görə ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür. Onun sayəsində klublarımız sabit çıxış edirlər, maliyyə problemi yaşamırlar. Artıq liqamızın da səviyyəsi artıb".

R.Abdullayev FIFA və UEFA prezidentlərinə təşəkkürünü çatdırıb: "Canni İnfantinoya və Aleksander Çeferinə öz minnətdarlığımı bildirirəm. Hər iki qurum hər zaman ölkə futbolunun inkişafı üçün səy göstərib".

O, son olaraq AFFA-ya təşəkkür edib: "Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm".