Kəmaləddin Heydərovdan yeni təyinatlar

 15:14 02.04.2024     353

Fövqaladə Hallar nazirliyində (FHN) yeni təyinatlar olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmrlər imzalayıb.

Nazirin əmrinə əsasən, FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leyenant Kənan Aşurov vəzifəsindən azad edilərək nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin edilib.

Digər əmrlə isə FHN-nin Şimal-Qərb Rəgional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov tutduğu vəzifədən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.

Nazir, həmçinin FHN-nin Gəncə Regional Mərkəzinin rəis müavini, mayor Ramin Orucov da vəzifəsindən azad olunaraq Aran Regional Mərkəzinin rəisi təyin edilib.

Bundan əlavə, FHN-nin Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışan polkovnik Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub.