Dövlət Vergi Xidmətinin baş idarəsinə rəis təyin edildi

 17:29 02.04.2024     341

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ( DVX) yeni təyinat olub.

Redaktor.az xəbər verir ki, Mirzə Mirzəyev Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinə rəis təyin edilib.

Qeyd edək ki, Mirzə Mirzəyev bu vəzifədə Ələkbər Məmmədovu əvəz edib.

Xatırladaq ki, Mirzə Mirzəyev buna qədər Vergi auditi Baş İdarəsinin rəis müavini idi.