Şuşada otel direktoru olmuş erməni SAXLANILDI

 16:45 03.04.2024     555

Beynəlxalq Qırımız Xaç Cəmiyyətinin (BQXC) müşayiəti Azərbaycanın Xankəndi şəhərindən Ermənistana aparılan Sarkis Qalstyanı həyat yoldaşı ilə birlikdə Gorusda saxlayıblar.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu il martın 29-da onlar BQXC-nin müşayiəti ilə Ermənistana gediblər.

Məlumata görə, martın 30-da Sarkis Qalstyana qarşı “casusluq” ittihamı ilə cinayət işi başlanıb.

Qeyd olunub ki, o, işğal dövründə Şuşada otellərdən birinin direktoru olub.