Güclü külək nə vaxt zəifləyəcək - AÇIQLAMA

 10:14 04.04.2024     605

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı hazırki vəziyyəti şərh edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir. Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir.

Naftalanda küləyin sürəti 28 m/s, Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”.

G.Məmmədovanın sözlərinə görə, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.

***

“Hazırda müşahidə edilən güclü külək axşama doğru zəifləyəcək”.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 35 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”, - qurum rəsmisi əlavə edib.