Havada tozun miqadarı normadan çoxdur

 09:40 04.04.2024     192

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Redaktor.az-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

“Havada müşahidə olunan toz meteoroloji vəziyyətlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından   başlayan güclü şimal-qərb istiqamətli küləklərin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, - R.Allahverdiyeva bildirib.