Bunlar taksilər üçün məcburi tələb deyil - AYNA açıqladı

 11:59 04.04.2024     209

Damında “Taksi” sözü yazılmış sarı rəngli fənər və qapıların üzərində şahmat qaydasında dördbucaqlıların bütün taksilərdə olması məcburi tələb deyil.

Bu barədə Redaktor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu fəqləndirici nişanlar tətbiq edilirsə, o zaman taksilərin xarici tərtibatına dair qaydalara uyğun olmalıdır.