Ali Məhkəməyə yeni hakimlər təyin edildi

 12:17 05.04.2024     269

Bəzi apellyasiya məhkəmə hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəməyə təyin olunublar.

Redaktor.az-ın məlumatına görə, bu, Milli Məclisin bu günkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apellyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Mixtarov Teyyub Asif oğlu Ali Məhkəməyə hakim təyin olunublar.

Humay İSGƏNDƏRLİ