Fəzail Ağamalı dərmanlarla bağlı məsələ qaldırdı

 13:30 05.04.2024     316

İmkansız ailələrin, xüsusilə xəstəliklə bağlı pensiya alanların dərman vasitələrinə əlçatanlığı təmin edilməlidir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, dərmanların keyfiyyəti ilə bağlı da Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb:

“Əsas istifadə edilən dərman vasitələrinə əlavə dəyər vergisi ya azaldılsın, ya da azad edilsin”.

Humay İSGƏNDƏRLİ