Redaktor.az-ın 5 yaşı tamam oldu

 14:17 10.04.2024     1341

Bu gün Redaktor.az xəbər portalının fəaliyyətə başlamasının 5 ili tamam olur.

Redaktor.az portalı 2019-cu il aprelin 10-da yaradılıb. Qısa müddətdə Azərbaycanda özünü ciddi xəbər saytı kimi tanıda bilib.

Jurnalistika peşəsinə məsuliyyət və sadiqliyi ilə Azərbaycan mediasında populyarlıq qazanan Redaktor.az saytı ölkəmizin ictimai, siyasi, sosial, mədəni həyatındakı yenilikləri, dünyada baş verən hadisələri, maraqlı məlumatları, açıqlamaları oxuculara çatdırır, araşdırma, təhlil, müsahibə, digər janrlarda materiallar təqdim edir, operativ xəbər istehsalı ilə məşğuldur. 

Saytın ölkəmizdə və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv və bitərəf yanaşması oxucular tərəfindən rəğbətlə qarşılanır. 

Redaktor.az portalının təsisçisi Seymur Şeydayev, baş redaktoru Aqil Aslandır.