İsrail səfiri azərbaycanlı məzunlarla iftar süfrəsində görüşdü

 17:17 05.04.2024     237

İsrailin Azərbaycandakı səfiri Corc Dik İsraildə təhsil almış azərbaycanlı məzunlar və "Azərbaycan-İsrail Tələbə və Məzun Şəbəkəsi" İctimai Birliyinin üzvləri ilə iftar süfrəsində bir araya gəlib.

Redaktor.az xəbər verir ki, diplomat bu barədə səfir "X"də paylaşım edib.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və İsrail icmaları arasında təhsil vasitəsilə əlaqələri gücləndirmək haqqında müzakirə aparıblar:

"Bu müzakirələr, həqiqətən də, maarifləndirici oldu. Əlaqələri daha da inkişaf etdirmək fürsətinə görə minnətdarıq".