Azərbaycanda yeni qəsəbə yaradıldı
![](https://img.redaktor.az/news/2024/04/photo_237056.jpg?v=MDQ6MzgyMDI0LTA0LTA2IDE2OjIxOjMw)
Prezident İlham Əliyev Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Redaktor.az xəbər verir ki, qanuna əsasən, Abşeron rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:
- Rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılır.
- Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.
- Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılır və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.