Ödəniş sisteminin fəaliyyətində fasilə yaranacaq - ABONENTLƏRİN NƏZƏRİNƏ!

 17:49 06.04.2024     487

"Azəriqaz" İstehsalat Birliyinin informasiya sisteminin proqram təminatında yenilənmə işlərinin keçirilməsi nəzərdə tutulub.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, bu səbəbdən İTRON smart kart ödənişi istisna olmaqla, digər ödəniş sistemi 07.04.2024-ci il saat 01:00-dan 07.04.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq. Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (Zenner smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur.

"Azəriqaz" müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

Vumart və Güvən reklamı Vumart Güvən