İpoteka və Kredit Zəmanəti Fondunda yoxlama aparılacaq

 13:30 08.04.2024     275

İpoteka və Kredit Zəmanəti Fondunda yoxlama aparılacaq.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Vüqar Gülməmmədov qeyd edib ki, Fondda yoxlama 2024-cü ilin iş planına salınıb.