Biz həmişə həqiqətin və ədalətin yanında olduq

 14:44 10.04.2024     665

Bu gün bizim Redaktor.az saytının 5 yaşı tamam olur.

Bu sayt təkcə bizim üçün deyil, daha çox dəqiq və qərəzsiz xəbər gözləyən oxucularımız, cəmiyyətimiz üçün önəmlidir.

Düz beş il bundan öncə dostlarla sonunun necə olacağını düşünmədən bir yola çıxdıq.

Bu beş ildə öncə özümüzə sonra isə qalib dövlətimizin qanunlarına söykənərək çalışdıq, xalqımızı operativ, qərəzsiz xəbərlərlə təmin etdik. Söhbət dövlətdən və bu dövlətin inkişafına xidmət etməkdən getdikdə, hər şey bizim üçün ikinci plana keçir. Biz həmişə həqiqətin və ədalətin yanında olduq.

Bizim Redaktor.az-la bağlı böyük ümidlərimiz var və bu saytın hamının saytı kimi Azərbaycan jurnalistikasında iz qoyacağına da inanırıq.

Ona görə də, başda saytın yaranmasının ideya müəllifi Bahadur Seyidov, saytın tanınmasında əvəzsiz xidmətləri olan tanınmış jurnalist, ilk baş redaktorumuz Eldəniz Vəliyev və bu gün bütün çətinliklərə baxmayaraq öz işinə məsuliyyətlə yanaşan indiki baş redaktorumuz Aqil Aslan olmaqla, bir gün də olsa Redaktor.az saytında işləmiş bütün dostlarımı ürəkdən təbrik edirəm!

Bizə bu 5 ildə dəstək olan hər kəsə minnətdaram!

Var olun dostlar!

Hörmətlə,

Təsisçi Seymur Şeydayev