Qəbiristanlıq mollaları - "Onların 80 faizi savadsızdır" - VİDEO

 16:12 11.04.2024     352

Ramazan bayramı günlərində qəbiristanlıqlarda mollaların sayı çoxalıb.

Redaktor.az Xəzər TV-yə istinadən bildirir ki, Ramazan bayramında insanlar vəfat edən yaxınlarının məzarlarını ziyarət etmək üçün qəbiristanlıqlara gedir, burada mollalara quran oxutdururlar. Ona görə də bu günlərdə qəbiristanlıqlarda mollaların da sayı artıb.

Bəs həmin məzarlıqdakı mollalar əsl təhsilli mollalardırmı?

Suala cavab tapmaq üçün qəbiristanlıqdakı mollalardan münasibət öyrənmək istədik. Amma nədənsə, kameramızı görən mollaların bir çoxu gizlənməyə üstünlük verdilər. Hətta onlara yaxınlaşmağımızı, sual verməyimizi gözləmədən. Yaxınlarının məzarlarını ziyarət etməyə gələnlərdən bəziləri isə bildirdilər ki, adətən tanıdıqları mollaya müraciət edirlər. Bəziləri isə bu dünyadan köçmüş yaxınları üçün özləri dualar oxuyurlar.

Quran oxutduranlar bildirdilər ki, mollaya əsasən, 3-10 manat civarinda pul verilir.

Mollalara nəzarət olunub-olunmadığını öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etdik. Lakin heç bir qurumdan cavab almaq mümkün olmadı.

Daha ətraflı videomaterialı təqdim edirik: