Dövlət qurumlarına məxsus yeni domenlərin sayı kəskin azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 17 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
Redaktor.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 79 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 49 % çoxdur.
2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.