Balıq alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

 23:58 12.04.2024     363

Bəzən dəniz və çay balığı adı ilə alıcılara süni göldə yetişdirilən balıqlar satılır.

Redaktor.az xəbər verir ki, mütəxəssislər bildiriblər ki, balıqların hansı suda yetişdiyini bilmək üçün bəzi nüanslara diqqət etmək lazımdır.

Mütəxəssis İlkin Novruzovun sözlərinə görə, süni göldə yetişdirilən balıqlar nisbətən ucuz olurlar.

“Bu balıqların ətinin rəngi də çay və dənizdə yetişən balıqlardan fərqlənir. Təsərrüfat balıqlarının ətində həmçinin az da olsa lil və torpaq qoxusu da ola bilər”.

Bu arada, balıq qiymətlərində ucuzlaşma var. Bildirilib ki, məhsul xarici ölkələrdən Azərbaycana idxal olduğundan qiymətlər enib. Əgər bazarlarda bolluq davam edərsə, qiymətlər daha da enə bilər.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində: