Bakıda sutkalıq kirayənin orta qiyməti 7 % azalıb

 16:56 13.04.2024     206

Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-aprel ayları üçün Bakıda 2 ulduzlu mənzillərdə sutkalıq kirayənin orta qiyməti 106 manat təşkil edib.

Redaktor.az-ın Dövlət Turizm Agentliyinin hesabatına istinadən araşdırmasına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % azdır.

Hesabat dövründə paytaxtdan başqa digər şəhər və rayonlarda bir gecə qalmaq üçün 2 ulduzlu mənzillər olmayıb.