Keçmiş Baş prokurorunun oğlu mənzilində ölü tapıldı

 14:37 15.04.2024     477

Rusiyanın keçmiş Baş prokuroru Valentin Stepankovun oğlu Denis Moskvanın mərkəzindəki mənzildə ölü tapılıb.

 

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, 47 yaşlı Denis Stepankovun ölümü kriminal xarakter daşımır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Valentin Stepankov Rusiya Federasiyasının 1991-1993-cü illərdə ilk Baş prokuroru olub (APA).