Prezident icra hakimiyyətlərinə yeni səlahiyyət VERDİ

 15:37 15.04.2024     634

"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib, onlar müvafiq ərazidə məişət zorakılığının qarşısının alınması sahəsində qanunla müəyyən edilmiş tədbirlər görəcək.