Övladının həyatı uğrunda mübarizə aparan ailəyə dəstək olaq! - FOTO

 17:06 15.04.2024     5155

11 yaşlı Nilufər Həsənliyə 2 aydır ki, diffuz pontin qlioma (beyin sapının şişi) diaqnozu qoyulub.

İndi uşaq ailəsi ilə birlikdə müalicə üçün Türkiyədədir. Redaktor.az xəbər verir ki, qızın atası Elşad Həsənlinin 1news.az-a müsahibəsində bildirdiyinə görə, şiş həssas yerdə yerləşdiyindən və bu, yüksək risklərlə bağlı olduğundan həkimlər onu cərrahi yolla çıxarmaqdan imtina ediblər.

“Şiş beyin kökündə həyati vacib orqanların fəaliyyətini zəiflədir, bu da beyində mayenin artmasına səbəb olur. Həkimlər risklər səbəbindən hazırda əməliyyatdan imtina edirlər. Həkimlər onu da bildiriblər ki, şişin ölçüsü çox böyük olduğundan şüa terapiyasının ona heç bir təsiri olmayacaq. Nilufərə müvəqqəti dəstək tədbiri olaraq bypass əməliyyatı olundu”, - E.Həsənli deyir.

Atanın sözlərinə görə, onlar İsraildəki bir neçə tibb mərkəzinə sorğu göndəriblər. Lakin İsrail klinikalarında müalicənin qiyməti 200 min dolları keçir.

“Bu məbləğ bizim üçün əlçatmaz olduğundan Türkiyə klinikalarında qiymətləri də öyrəndik. Türkiyənin "Acıbadem" tibb mərkəzində bütün lazımi müalicələrin qiyməti 40 min dollar olacaq. Biz bu variantı seçdik və bu yaxınlarda qızımızı bura gətirdik”, - E.Həsənli deyir.

Atanın qeyd etdiyi kimi, Nilufərə radioterapiya, kimyaterapiya və ağıllı iynələr tövsiyə olunub: “Vücud məhdud olduğuna görə kimyaterapiyadan və ağıllı iynələrdən imtina etdik. Radiasiya terapiyası məcburi idi, ona görə də ilk olaraq qızımıza radioterapiya keçilir. Sonra vəziyyətə uyğun seçim edəcəyik”.

Xeyirxah insanları balaca Nilufərin dərdinə şərik olmağa və onun müalicəsində hər cür köməklik göstərməyə çağırırıq. Gəlin birləşək, övladının həyatı uğrunda mübarizə aparan ailəyə dəstək olaq!

Əlaqə üçün atanın telefon nömrəsi: +994 55 309 05 09

Bank kartı nömrəsi: 5239 1517 2227 6014 (Elşad Həsənli)

Tibbi arayışları aşağıda dərc edirik.

Verənin əli əskik olmasın!

22222