Sabah bu ərazidə su olmayacaq

 17:57 15.04.2024     213

Sabah saat 10:00-dan 20:00-a qədər Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

Bu barədə “Azərsu”dan Redaktor.az-a məlumat verilib.

Bildirilir ki, şəhəri içməli su ilə qidalandıran 85.75 səviyyəsindən gələn 450 mm diametrlik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq 48, 50, 51-ci məhəllələrdə,16,17,18, 20, 21-ci mikrorayonların və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq