Ədliyyə nazirindən yüksək vəzifəyə yeni TƏYİNAT

 12:19 17.04.2024     288

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Əliyevə nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Redaktor.az xəbər verir ki, bundan əvvəl, Ə.Əliyev Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.