AZAL-ın təyyarəsi yarıyoldan qayıtdı

 13:31 17.04.2024     460

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən uçuş hava limanına qayıtmalı olub.

Redaktor.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Bildirilib ki, AZAL Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə və ya “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə müraciət etməyi tövsiyə edir.