Azərbaycanda şəxsiyyət vəsiqəsi YENİLƏNƏCƏK

 09:30 18.04.2024     663

Azərbaycanda şəxsiyyət vəsiqələri və digər bir neçə dövlət sənədi rəqəmsallaşacaq.

Redaktor.az bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. O, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcəyini bildirib.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev isə yeni yaradılacaq sığorta məlumat mərkəzindən danışaraq qeyd edib ki, bu sahədə Türkiyə təcrübəsindən yararlanmaq sektor üçün yeni imkanlar formalaşdıracaq.

Daha ətraflı Xəzər TV-nin sujetində: