Yüksək vəzifəli məmurlar Hadi Rəcəblinin hüzr mərasimində - FOTO

 15:59 19.04.2024     229

Bu gün vəfat edən sabiq millət vəkili Hadi Rəcəblinin Heydər məscidində 3 yas mərasimi keçirilib.

Redaktor.az manset.az-a istinadla xəbər verir ki, yas mərasiminə hökumətin bir sıra yüksək çinli məmurları qatılıblar.

Mərasimdə Prezident yanında Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Prezidentin köməkçisi Kərəm Həsənov, Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, general-polkovnik Vaqif Axundov və digər yüksək vəzifəli şəxslər, Milli Məclisin deputatları, ictimai xadimlər iştirak ediblər.