Heydər Əliyev Su Anbarına tullantılar daxil oldu

 18:45 20.04.2024     268

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.

Redaktor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin məlumatına görə, Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən su anbarı təmizlənib.

Məlumata görə, tullantılar yaz daşqınlarından sonra anbara sel suları ilə tökülüb.