Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı paylaşım

 09:38 21.04.2024     305

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq “Allah rəhmət etsin”, – deyə, bildirib.

Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgin anlar yaşanıb. Buna səbəb müğənninin aparıcının ünvanına səsləndirdiyi ittihamlar olub.

O iddia edib ki, Azərtaş onun keçmiş kürəkəni Kemal Mustafanı efirə rüşvət qarşılığında çıxarıb. Bu açıqlamaya qəzəblənən Azərtaş bu iddialara kəskin cavab verib. (olay.az)

Lalədən