Sürücülərin NƏZƏRİNƏ: Yollarda görmə məsafəsi məhdudlaşacaq

 14:08 21.04.2024     253

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a bildirilib ki, aprelin 22-də əsasən gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.