Əskiparadakı bu kilsə Ermənistan ərazisində qalacaq? - RƏSMİ AÇIQLAMA
Ermənistan Baş nazirinin müavini, Azərbaycanla sərhədin demarkasiyası üzrə komissiyanın sədri Mher Qriqoryanın ofisi Qazaxın Əskipara kəndində yerləşən 6-7-ci əsrlərə aid “Surb Astvatsatsin” kilsəsinin Azərbaycana təhvil veriləcəyi barədə məlumatları təkzib edib.
Redaktor.az xəbər verir ki, Qriqoryanın ofisindən "Armenpress"ə verilən məlumata görə, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı razılaşmalar həyata keçirildikdən sonra sözügedən kilsə Ermənistan ərazisində qalacaq.
Nəşr qeyd edir ki, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına dair razılaşmaya etiraz edən Tavuş vilayətinin bir sıra yaşayış məntəqələrinin sakinləri aprelin 22-də minalardan təmizləmə işlərinin aparıldığı kilsənin yaxınlığında etiraz aksiyası keçiriblər. Bu kontekstdə demarkasiyadan sonra kilsənin Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
T.İSMAYIL