Ermənilər Azərbaycanla sərhəddə partlayışlar planlaşdırır - Əhaliyə xəbərdarlıq edildi

 10:41 23.04.2024     573

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində ərazinin minalardan təmizlənməsi çərçivəsində planlaşdırılan partlayış əməliyyatları barədə məlumat yayıb.

Redaktor.az xəbər verir ki, məlumata görə, bu gün saat 20:10-dan 20:30-a qədər Əskipara çayının sol sahilində Voskepar və Aşağı Əskipara qəsəbələri arasında, həmçinin Bağanıs-Ayrumdan 750 metr şimal-şərqdə partlayışlar planlaşdırılır.

Müdafiə Nazirliyi yaxınlıqdakı kəndlərin erməni sakinlərini sakit qalmağa çağırıb.