Vitse-spiker Adil Əliyev qəbul keçirdi - FOTO

 15:07 24.04.2024     542

24 aprel tarixində Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev təsdiq olunmuş qəbul qrafikinə uyğun olaraq, növbəti dəfə Milli Məclisdə qəbul keçirib.

Redaktor.az xəbər verir ki, qəbulda iştirak edən şəhid ailələrinin, qazilərin, habelə müraciət edən ayrı-ayrı vətəndaşların dinlənilib. Qəbul zamanı  qaldırdılmış sosial, təhsil, mənzil şəraitinin yaxşılaşdırılması kimi müraciətlərin bir qismi vitse-spiker tərəfindən yerindəcə həll olunub.

Araşdırılması vaxt tələb edən müraciətlərin hər biri nəzarətə götürülmüş, müraciətlərin həlli məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə məktublar göndərilib. Qəbulda mövcud qanunvericiliyin tələbləri vətəndaşlara hüquqi izahlar verilib.

Sədr müavini bildirib ki, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması və müraciətlərin qısa müddətdə həll olunması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, ünvanına daxil olan bütün müraciətlər tam, hərtərəfli araşdırılmaqla qanunvericiliyə uyğun olaraq addımlar atılır.

Redaktor.az

222222222222222222