Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar – VİDEO

 23:58 24.04.2024     522

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb.

Redaktor.az xəbər verir ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar.

“Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağı axar vəziyyətdə görmüşəm”, – Laçın sakini deyib.

Qeyd edək ki, Laçın şəhəri və ətrafında 50-yə yaxın bulaq olub. Hazırda onların 30-u yararlı haldadır.

Daha ətraflı Baku TV-nin süjetində: