Azərbaycanda general vəfat etdi

 09:22 26.04.2024     188

Gömrük xidməti general-mayoru Arif Dərdayıl oğlu Əliyev dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, A.Əliyev uzunsürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.