İcra başçısı təyin edilən Ovni Muradov kimdir? - DOSYE

 12:46 29.04.2024     283

Xəbər veridiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ovni Muradov Naxçıvan MR Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Redaktor.az xəbər verir ki, bu təyinatadək O. Muradov Naxçıvan MR-in təhsil nazirinin müavini vəzifəsini tutub.

Bir müddət təhsil naziri vəzifəsi vakant olduğundan o, həmin vəzifəni də icra edib.

Bundan əvvəl isə O. Muradov Babək Rayon Təhsil Şöbəsinin müdiri olub. İxtisasca tarixçi olan Ovni Muradov həm də, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırkı Dövlət İmtahan Mərkəzi) məktəblilər üçün Tarix testlər toplusunun müəlliflərindən biridir.