Ermənilər Azərbaycanla sərhəddəki kəndi minalardan təmizlədi
Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Berkaber kəndi minalardan təmizlənib.
Redaktor.az “aysor.am”a istinadla xəbər verir ki, bunu Berkaber kənd icmasının başçısı Tiqran Arutyunyan bildirib.
Onun sözlərinə görə, hazırda ərazidə delimitasiya və demarkasiya üzrə işlər görülmür.
Qeyd edək ki, Tavuş vilayəti Azərbaycanın Qazax rayonu ilə sərhəddir.