“Əsas prioritetimiz gənc nəslin sağlam yetişməsidir” - Vitse-spiker

 17:40 30.04.2024     238

“Əsas prioritetimiz gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsidir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib.

Şəhid zabitimiz - polkovnik-leytenant Raquf Orucovun və onun şəhid silahdaşlarının əziz xatirəsinə həsr olunmuş Komandalararası V Beynəlxalq Cüdo Turnirin açılış mərasimində iştirak edən vitse-spiker gələcək nəslin fiziki cəhətdən sağlam yetişməsində idmanın, mənəvi cəhətdən saf və dəyərlərimizə bağlı tərbiyəsində qəhrəmanlarımızın keçdikləri döyüş yolunun müstəsna əhəmiyyəti olmasını vurğulayıb.

“İdmanın daha da kütləviləşməsi üçün bütün imkanlarımızı səfərbər etməliyik. Məhz fiziki və mənəvi cəhətdən hazır qəhrəmanlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizə tarixi Zəfər bəxş etdi. Bu gün Şuşada, Xankəndidə, Xocalıda ucalan üçrəngli bayrağımızın fəxarətlə dalğalanması ruhumuzun yenilməzliyinin simvolu və qürur qaynağımızdır. Il Qarabağ müharibəsindəki tarixi Zəfərimiz, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş müstəqil, qüdrətli dövlətimizin varlığı bütün dövrlərdəki şəhidlərimizin ruhunu şad edib.” -  deyə sədr müavini öz çıxışında bildirib.

Redaktor.az

 

22