Azərbaycanlı general vəfat etdi – FOTO

 21:57 30.04.2024     308

Rusiya Federasiyasında polis generalı olan Ramiz Abışov vəfat edib.

Redaktor.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.

Mərhum uzun müddət Rusiyanın Nijnij Novqorod vilayətində polis orqanlarında rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, polis generalı Abışov Ramiz Ziyad oğlu 1957-ci ildə Biləsuvarın Aşağı Cürəli kəndində doğulub.