Bakıda güclü külək əsir - Faktiki HAVA

Milli Hidrometeorologiya Xidmətinin mayın 1-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.
Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti 20 m/s, Culfa, Naftalanda 18 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 1-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 03-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.