Vüqar Qurbanov onu yüksək vəzifəyə təyin etdi - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub.
Redaktor.az xəbər verir ki, TƏBİB-in sədri Vüqar Qurbanovun müvafiq əmri ilə Nigar Rüstəmli TƏBİB-in Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinin rəhbəri təyin edilib.
Qeyd edək ki, Nigar Rüstəmli bundan öncə “Sağlam Ailə” Tibb Mərkəzində icraçı direktor vəzifəsində çalışıb.
