Ağalar Vəliyev Sloveniyaya səfər edəcək

 14:44 03.05.2024     322

Milli Məclisin Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev mayın 6-da Sloveniya Respublikasının Nova Qoritsa şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, deputat səfər çərçivəsində II Dünya müharibəsi zamanı Sloveniyada faşizmə qarşı aparılan mübarizədə həlak olmuş xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş tədbirlərə qatılacaq.

Səfər mayın 11-də başa çatacaq.