"Azərbaycan yaşıl enerji sahəsində də liderə çevirilir"

 14:45 03.05.2024     428

"Bu il ölkəmizdə keçiriləcək COP29-la bağlı tədbirləri ilk olmur ki, ekoloji məsələləri müzakirə edirik. Uzun illərdir bu sahədə müzakirələr aparırıq".

Redaktor.az xəbər verir ki, bunu  "Yaşıl dünya naminə həmrəylik ili"ndə Media Gündəmi adlı tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib.

O söyləyib ki, Azərbaycan yaşıl enerji sahəsində də liderə çevirilir. 

"Xəzər dənizində çirklənmələr olur ki, bu da əsas kənd təsərüffatı sahəsinə ziyan vurur. Kənd təsərrüfatı sektoru həm atılmalara, həm də iqlim dəyişmələrinə məruz qalan sektordur. Bu sektor özündə açılmamış potensialı əks etdirir", - deyə şöbə rəisi bildirib.

Humay İSGƏNDƏRLİ