Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

 15:14 07.05.2024     297

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Redaktor.az lent.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən polis baş leytenantı Rəcəbov Ramil Valeh oğlu Saatlı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, R.Rəcəbov bundan əvvəl Hacıqabul rayon Polis Şöbəsinin Dövlət Yol Polisinin Yol Patrul Xidmətinin baş inspektoru vəzifəsində çalışıb.