"Hidrometeoroloji şəbəkə avtomatlaşdırılmış sistemə keçirilib" - İradə İbrahimova

"Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır".
Redaktor.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova mayın 8-də keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycanda hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilərək ən müasir avadanlıqlarla təmin edilib, avtomatlaşdırılmış sistemə keçirilib:
"Artıq hidrometeoroloji xəbərdarlıq, proqnoz məlumatlarının əhaliyə daha operativ çatdırılmasını təmin etmək məqsədilə meteo.az mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur", - deyə İ.İbrahomova bildirib.