Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu küçəsi 3 gün bağlı olacaq

 16:12 08.05.2024     193

10 may saat 08:00-dan 13 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, “N.Nərimanov” metro stansiyası istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Redaktor.az-a AAYDA-dan bildirilib.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.