Azərbaycanda zəlzələ oldu

 17:37 11.05.2024     310

Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, ilkin məumata görə, zəlzələ 5.2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb.