İlham Əliyevdən Xocalıya yeni TƏYİNAT

 13:40 13.05.2024     448

Tural Mehman oğlu Ələkbərov Xocalı Rayon Məhkəməsinin sədri təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" Sərəncamında əksini tapıb.

Sərəncamla T.Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.