Şahin Bağırov rəisi işdən çıxardı

 13:59 13.05.2024     362

Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi işdən çıxarılıb. 

Redaktor.az bildirir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, polkovnik Şıxəliyev Elçin Yavər oğlu Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. 

Polkovnik Mustafayev Mübariz İsa oğlu rəis müavini təyin edilib. Bu barədə komitə sədri, general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb. Mübariz Mustafayev idarənin rəis əvəzi vəzifəsini icra edir. 

Qeyd edək ki, 56 yaşlı polkovnik Mübariz Mustafayev Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb. Vətən müharibəsi iştirakçısıdır. O, 25 ildən çoxdur DGK-da müxtəlif vəzifələrdə çalışıb.